Maləsəf, Misir Mərdanovdan sonra artıq ikinci təhsil nazirinin dönəmini yaşasaq da, hələ də təhsildə rüşvət məsələsi aktuallığını qorumaqdadır
Elə DİA.AZ-a müraciət edən bir qrup Sumqayıt Dövlət Universiteti tələbəsinin də gileyi bundandır.
Qeyd edək ki, narazı tələbələr konkret olaraq onlardan rüşvət tələb edən müəllimlərin adlarını açıqlasalar da, bu barədə dəqiq bilgilərimiz olmadığından sübutsuz-dəlilsiz kimlərisə ittiham etmək istəmədik. Amma dia.az olaraq tələbələrin gileyini icitmailəşdirmək qərarına gəldik.
Narazı tələbələr bildirir ki, SDU-da bu gün rəsmən bazar açılıb və prorektorlar başda olmaqla dekanlar da daxil hər kəs bu bazarda meydan sulayır. Tələbələr yazır:
"Bu gün əgər kimsə SDU-da gizli kamera ilə müşahidə aparsa, görər ki, bu təhsil ocağında 3-4 müəllim xaric, kimsənin elm öyrətmək həvəsi yoxdur. Qalanları tələbələrlə bazarlıqdadır. Köhnə kəsirlərin həll edilməsi məsələsi bu gün aktualdır. Hazırda prorektorlarda biri (tələbələr həmin prorektorun adını çəkirlər -red.) rektorun "sağ əli" olaraq tələbələrə qiymət oxuyur. Bu sezonda, qış imtahanı dövrü də daxil rektorun hesabına 50-60 min pulun yığılacağı şəkksizdir. Çünki əksər tələbələrin kəsiri var və sonuncu kursların diplom məsələsi yaxınlaşdığından onlar "problemi" qısa müddətə həll etməlidirlər. Bu işlərə isə həmin prorektor nəzarət edir".
Dia.az bildirir ki, tələbələr əlavə olaraq da konkret ittihamlar səsləndirib. Bi isə bütün bu faktları yerində araşdırmaq qərarını vermişik və yaxın günlərdə həm tələbələrin, həm də həmin prorektor da başda olmaqla, tələbələrlə bazarlığa girən müəllimlərin adlarını açıqlayaraq reportajımızı təqdim edəcəyik. Bizi izləməkdə davam edin.
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
MilliYol.Az