Almaniyada siyasi sığınacaq almış Səudiyyə şahzadəsi Xalid bin Fərhan əl-Səud daha 5 şahzadənin həbs olunduğu və onların da, Camal Xaşuqci kimi, eyni aqibətlə üzləşə biləcəyini açıqlayıb
MilliYol.Az Strateq.az -a istinadla xəbər verir ki, bin Fərhan deyib: “Ötən həftə həmin şahzadələr kral Salmanla görüşüb və Səudiyyə dövlətinin gələcəyi ilə əlaqədar narahatlıqlarını ifadə ediblər”.
Dissident Səudiyyə şahzadəsi özünün də qaçırılma cəhdinin olduğunu dilə gətirib. Onun sözlərinə görə, Səudiyyə rəsmiləri maliyyə məsələləri ilə maraqlanaraq ən azı 30 dəfə onunla əlaqə saxlayıblar. Bundan sonra Misirdəki Səudiyyə konsulluğuna getməsini və bir neçə milyon dollarlıq bank çekini almasını xahiş ediblər.
Xəlid ibn Farhan vurğulayıb: “Mən konsulluğa getmədim, çünki nə baş verəcəyini bilirdim”.
MilliYol.Az