İsrailin baş naziri Benyamin Netanyahu regionda Türkiyəyə qarşı cəbhəni genişləndirməyə çalışır
Netanyahu bu məqsədlə işğal altındakı Qüds şəhərində Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və Cənubi Kipr Yunan Muxtariyyətinin xarici işlər nairi Nikos Kristodolidslə görüşüb.
“Axios” internet saytının bildirdiyinə görə, İsrailin baş naziri iki xarici işlər nazirinə, ABŞ-Türkiyə arasındakı gərginliyin aısa müddət ərzində bitməyəcəyini bildirib və ortaq cəbhədə yer almaları üçün dilə tutmağa çalışıb. Netanyahu, ABŞ prezidenti Donald Trampın yevangelistlərin tələbi ilə Türkiyəyə təzyiq göstərməyə davam edəcəyini də söyləyib.
Əsl dərdi Aralıq dənizinin şərqidir
“Axios” saytının iddiasına görə, Netanyahu, Türkiyənin Araqlıq dənizinin şərqində təbii qaz axtarışı işlərinə başlamasının onlar üçün təhdid yaratdığını vurğulayıb. İsrailin baş naziri Yunanıstan və Cənubi Kipr xarici işlər nazirləri ilə görüşündə Türkiyənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemləri satın almasından narahatlığını da gizlətməyib. İsrailin baş naziri Türkiyə Hava Qüvvələrinin cəbbəxanasına daxil olacaq F-35 hərbi təyyarələri ilə bağlı təlaş hissi keçirdiklərini də nazirlərdən gizləməyib.(hurriyyət.org)
MilliYol.Az