Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The Washington Post" qəzeti öz elektron versiyasında məlumat dərc edib.
Qəzet ABŞ-ın adı açıqlanmayan vəzifəli şəxslərinə və Branson işində hadisələrin inkişafı ilə bağlı məlumatlı digər mənbələrə istinadən qeyd edir ki, keşiş artıq cümə günü növbəti məhkəmə iclasından sonra azadlığa buraxıla bilər. Öz növbəsində, nəşrin məlumatına görə, Amerika administrasiyası Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürüb.
MilliYol.Az