Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri yenidən "iş başında"
İdarə müdiri dövlətin yüzminlərini belə mənimsəyir
Ölkə rəhbərliyinin etimad göstərib vəzifəyə təyin etdiyi məmurlar bu inamdan süi-istifadə edir, dövlətin milyonlarını mənimsəməklə özlərinə var-dövlət yığır, ailə üzvlərinin lüks həyatını təmin edir. Bu barədə mətbuatda hər gün yazılır, dövlət əmlakını həxsi malına çevirənlər tənqid olunur. Amma onlar düzəlmir ki, düzəlmir.
Mətbuatın tez-tez tənqid etdiyi məmurlardan biri də Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri İlyas Səfərovdur. Onunla bağlı mediada tez-tez tənqidi məqaləlar dərc olunur. Ancaq idarə müdiri bunlardan nəticə çıxartmaq əvəzinə, yenə öz bildiyini edir.
Yevlaxdan AzFakt.com-un elektron poçtuna daxil məlumata görə, rayonun əsas su idarələrindən biri hesab olunan Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri İlyas Səfərov yenidən "iş başındadır". Rayon saklinlərinin saytımıza göndərdiyi məlumatda qeyd edilir ki, İlyas Səfərov kanlların, arxların lildən təmizlənməsi adı altında yenə də büdəcni çapıb-talayır.
Yuxarı Qarabağ Kanlı İstismar İdarəsinin müdiri vəzifəsində işləyəndə ən böyük korrupsioner məmur kimi tanınan İlyas Səfərov bu dəfə özbaşınalıqlarını yeni iş yerində davam etdirir. Gəncənin icra başçısı Elmar Vəliyevlə qohum olan və adı çəkilən məmurun himayəsində olduğunu açıq şəkildə hər kəsə deyən İlyas Səfərov heç kəsdən çəkinmədiyini bildirir. Məlumata görə, İlyas Səfərov Yevlaxda rayon mərkəzindən keçən kanlları gözə kül üfürmək üçün bir neçə dəfə təmizlətdirib. Yerdə qalan kanallar isə zibillə doludur.
Hər il kanlların, arxların lildən təmizlənməsi üçün külli miqdrada büdcədən vəsait ayrılır. "Pul silmə" üzrə "mütəxəsis" olan İlyas Səfərov indiki iş yerində bu işi "çox yüksək səviyyədə" həyata keçirir. İlyas Səfərov Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri təyin edildikdən sonra Yevlax rayonundakı kanllarda hər hansı bir əsaslı iş görülməyib. Amma idarə müdiri öz biznesini xeyli "çiçəkləndirib". Belə ki, İlyas Səfərov özünə böyük balıqçılıq vətəgəsi inşa etdirib. Görünür dövlət vəsaiti hesabına özünə böyük biznes quran idarə müdiri daha çox qazanc əldə etmək istəyir. Məlumatda vurğulanır ki, İlyas Səfərov Gəncə şəhərində özünə iki böyük supermarket və bir kafe-restoran tikdirib. Hazırda marketlərin biri və kafe-restoran fəaliyyət göstərir. Həmin obyektlərə nəzarəti isə idarə müdirinin oğlu Vüqar Səfərov edir. Bu həmin Vuqar Səfərovdur ki, bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda qeyd edilirdi ki, "Hyundai Tucson" markalı şəxsi avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində Aran qəsəbə sakini Ceyhun Novruz oğlu Ləzgiyevin ölümünə səbəb olub. Məlumatı verən şəxsin sözlərinə görə, İlyas Səfərov bəzi üsullardan istifadə etməklə oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb: "Həmin vaxt faktla bağlı cinayət işi açılsa da, İlyas Səfərovun işə müdaxiləsi nəticəsində Vüqar Səfərov cinayət məsuliyyətindən və azadlıqdan məhrumetmə cəzasından kənarda qala bilib".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...