Tovuzda müəllimin uşaqları işlətməsi barədə görüntüləri çəkən müəllim birbaşa efirdə…
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişində maraqlı anlar qeydə alınıb. Uşaqları dərs zamanı çalışdıran drektorun növbəti görüntüsü əldə olunub.
Minval.info xəbər verir ki, ötən həftə adı çəkilən drektora aid bir neçə görüntü tamaşaçılara təqdim edilib. Görüntülərdə uşaqların satıcı kimi işləməsi aşkar görünür. Amma Eldar müəllim görüntülərin montaj olduğunu deyir. Həm görüntünü çəkən müəllim, həm də direktor verilişdə baş verənlərə açıqlama gətirib. Ramidə xanım iddia edir ki, məktəbdə bu cür hallar tez-tez baş verir.
Aparıcı Amil Xəlilin “Bu kreslo davası deyil ki?” sualı müəlliməni özündən çıxardıb. “Xeyr, mən istəyirəm ki, haqq ədalət yerini tapsın”. Araşdırma zamanı aylar əvvəl direktorun bəzi qayda pozuntularının olduğu da üzə çıxıb.
Maraqlı anları sizə təqdim edirik.
Qeyd edək ki, sosial-kriminal layihə həftə içi hər gün saat 16:00 da Space Tv-də yayımlanır.
MilliYol.Az