Çeçenistan rəhbəri Ramzan Kadırov metroda “Axmat” idman klubu adından tanımadığı şəxslərə içki bankası ilə hücum edən və bunu videoya çəkən çeçenin Qroznıya gəlməsini tələb edib
MilliYol.Az Hurriyyet.org-a istinadən bildirir ki, R.Kadırov bununla bağlı “Telegram” kanalında yazıb.
Kadırov şərəflərinə toxunulan gənclərdən üzr istəyib və istifadəçilərdən hücum edən şəxsin əlaqə nömrəsini istəyib. Çeçenistan rəhbəri həmin şəxsə müraciət edib: “Bu dəqiqə ilk reyslə Qroznıya qayıt və yaxınlarınla yanıma gəl! Əks halda səni tapacaqlar. Sənin hərəkətlərinin “Axmat” klubuna heç bir aidiyyəti yoxdur”, - Kadırov bildirib.
Çeçenistan rəhbəri həmin şəxsə bir neçə saat vaxt verib.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə yayılan görüntülərdə gənc oğlanın metroda insanlara içki bankası atması və onlardan “Axmat güclüdür” sözünü deməsini tələb etməsi əks olunub.
Qeyd edək ki, videonu yayan şəxsin kim olduğu hələlik bilinmir.
MilliYol.Az