Mütəxəssislərin araşdırmasına görə, dünyanın bütün ölkələrində insanlar arasında ruhi pozğunluq halları artıb
Mütəxəssislər bu halların qarşısının alınmayacağı halda bunun 2030-cu ilədək dünya iqtisadiyyatına 16 trilyon dollar zərər verəcəyini açıqlayıblar.
28 elm adamı tərəfindən hazırlanmış Lancet Komissiyasının hesabatında qeyd edilir ki, genişlənən ruhi xəstəliklər insanlara və iqtisadiyyata qalıcı zərərlər verə bilər.
Hesabatın müəllifi, professor Vikram Patelin sözlərinə görə, yaranmış vəziyyətdən ən çox səhiyyə xidmətləri, dərman firmaları zərər görəcək, eyni zamanda bu, insanların sosial-iqtisadi vəziyyətlərinə və təhsil sisteminə də mənfi təsir göstərəcək. Patel son 25 ildə ruhi xəstəliklərin genişlənməsinə görə, bütün cəmiyyətlərin sürətlə qocaldığını bildirir və vurğulayır ki, vəziyyət kənardan göründüyündən də vahiməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilir ki, dünyada 300 milyon insan depressiyadan, 50 milyon yaddaşsızlıqdan, 20 milyon şizofreniyadan, 60 milyon insan isə biopolyar pozğunluqdan əziyyət çəkir.(teleqraf.com)
MilliYol.Az