Ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir dövrdə hələ də işində dönüş yaratmayan məmurlar iş başındadır
Dövlət başçısının hamını belələrinə qarşı mübarizə aparmağa səsləməsi də təsadüfi deyil. Bu məqsədlə saytımıza daxil olan ilginc məlumatları diqqətinizə çatdırırıq.
Rubrika.Az saytına Xəzər Dəniz Gəmiçiliyi QSC haqqında ilginc məlumatlar daxil olub. Verilən məlumatlarda bildirilir ki, QSC-nin sədri Rauf Vəliyev hər ay nəzarətindəki gəmilərdən 30-40 min manat civarında gəlir əldə edir. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə də vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir.
Verilən məlumatlarda bildirilir ki, nizam-intizamın aşağı səviyyədə olması, vəzifə dəyişmələrində (gəmidaxili) və sertifikatlaşdırmada mövcud olan süründürməçilik və mühüm qanun pozuntuları adıçəkilən qurumda dözülməz vəziyyət yaradıb. Məlumatlarda qeyd olunur ki, nizam-intizam məsələlərinin acınacaqlı vəziyyətdə olmasının əsas səbəblərindən biri gəmi kapitanlarının vəzifələrindən sui-istifadə etməsi və rəhbərliyin onları dəstəkləməsi ilə bağlıdır. Gəmilərdə vəzifədən-vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrupun isə daha çox gördüyü işi "xüsusi maraqlarla" apardığı bildirilir.
P.S.Mövzu ilə bağlı Xəzər Dəniz Gəmiçiliyi QSC ilə əlaqə saxlamağa cəhd göstərək də, bu mümkün olmadı. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Mövzuya qayıdacağıq.
MilliYol.Az