Məclisdəki partiya sayı 9-a çatıb
HDP Hatay Millət vəkili Barış Atay Mengüllüoğlu ilə İstanbul Millət vəkili Erkan Başın partiyalarından istefa edərək Türkiyə İşçi Partiyasına keçmələrindən sonra Məclisdə təmsil olunan partiya sayı 9-a yüksəldi.
24 iyunda edilən 27-ci Dövr Millət vəkili Ümumi Seçimində HDP-dən millət vəkili seçilən Mengüllüoğlu ilə Erkan Baş partiyalarından ayrılaraq Türkiyə İşçi Partiyasına keçib. Beləcə Türkiyə İşçi Partiyası Məclisdəki 9-cu partiya olub.
TBMM-də son olaraq AK Partiyasından 290, CHP-dən 144, HDP-dən 65, MHP-dən 50, İYİ partiyasından 40, Türkiyə İşçi Partiyasından 2, Səadət Partiyasından 2, Böyük Birlik Partiyası ilə Demokrat Partiyasının hər birindən bir millət vəkili var.(modern.az)
MilliYol.az