“Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın iqtisadi müstəqilliyinə təminat verən "Cənubi Qaz Dəhlizi" layihəsi olduqca maraqlıdır”
Bunu ABŞ-ın Avropa və Avrasya məsələləri üzrə Dövlət katbinin köməkçisi Corc Kent Bakıda jurnalistin suallarını cavablandırarkən bildirib.
O, qeyd edib ki, “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir: "Bir çox şirkətlər və ölkələr layihənin reallaşması üçün milyardlarla dollar sərf edib. Bu cür layihələr ölkələr arasında əməkdaşlığın parlaq nümunəsidir".
Kent eyni zamanda, ölkəsinin gücün istifadə olunmaması və ərazi bütövlüyü, xalqların müqəddəratını müəyyənləşdirmək hüququnu əks etdirən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan Dağlıq Qarabağ münaqişəsinin dinc yola həllinə sadiqliyini vurğulayıb. (azvision.az)
MilliYol.az