Böyük Britaniya polisi ölkədə terror aktları ehtimalının artması barədə xəbərdarlıq edib
Trend-in məlumatına görə, terror ehtimalının xaricdən gələnlər tərəfindən yox, ölkədən çıxışına qadağa qoyulan şəxslər tərəfindən artdığını bildirib.
Qeyd olunur ki, Böyük Britaniyada yaşayıb, müxtəlif terror qruplarına dəstək verən şəxslərin ölkədən çıxışına qadağa qoyulub. Məhz bu cür şəxslər özlərini “məhrum edilmiş” hiss edir və çıxış yolunu hücumlarda və terror aktlarında görürlər.
2017-ci ilin mart ayında Böyük Britaniyada 5 terror aktı baş verib və nəticədə azı 36 nəfər həlak olub. Bu dövr ərzində daha 13 terror aktının qarşısı alınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...