Bakıda jurnalistin evindən oğurluq olub. Ötən gün axşam saatlarında jurnalist Aydın Piriyevin Yasamal rayonunda yerləşən mənzilindən oğurluq edilib.
Zərərçəkənin sözlərinə görə, oğru və ya oğrular onun mənzilinə pəncərəni sındırıraq daxil olub. Mənzildən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlanıb.
A.Piriyev faktla bağlı Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edib. Araşdırma aparılır.
Qeyd edək ki, A.Piriyev AZTV-də yayımlanan "Parlaq Zəka" verilişinin aparıcısı və layihə rəhbəridir. (Report)
MilliYol.Az
Digər xəbərlər
loading...