ABŞ-ın nüfuzlu qəzetlərindən olan “New York Times”-a açıqlama verən Türk rəsmiləri "Kral ailəsinin qərarı ilə Qaşıqçı, İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülüb" açıqlamasını edib
Adını açıqlamayan səlahiyyətli hadisə ilə əlaqədar olaraq "Pulp Fiction filmi kimi" ifadəsini işlədib.
“New York Times” qəzetinə danışan yüksək vəzifəli Türk rəsmisi Qaşıqçı-nın konsulluqda edam edildiyini açıqlayıb.
Adını açıqlamayan səlahiyyətli, Qaşıqçı sui-qəsdinin sürətli və mürəkkəb bir əməliyyat şəklində tamamlandığını və jurnalistin iki saat içərisində öldürüldüyünü ifadə edib. Səudiyyəli edam qrupunun təkcə bu cinayət üçün gətirdiyi mişar ilə Qaşıqçını öldürdükdən sonra hissələrə bölündüyünü deyən səlahiyyətli, baş verənlərin məşhur rejissor Quentin Tarantinonun filmlərinə bənzədiyini deyib.
Bu ölüm əmrini Səudiyyə liderləri verib
Türk səlahiyyətli, Qaşıqçı-nın öldürülmə qərarının yüksək səviyyəli Səudiyyə liderlərdən gəldiyini, çünki bu qədər mürəkkəb əməliyyata aşağı səviyyələrdə rəsmilərin razılıq verməyəcəyini açıqlayıb. Qaşıqçı-nın gəldiyi gün iki charter təyyarəsilə 15 Səudiyyəli sui-qəsd qrupunun Türkiyəyə giriş etdiyi və bu 15 nəfərin də bir neçə saat sonra Türkiyəni tərk etdikləri ifadə edilib.
Aralarında ekspertiza mütəxəssisi də olub
Səlahiyyətli, bu qruplarda ölmüş insanların orqanlarının araşdırılması ilə məşğul olan ekspertiza mütəxəssisinin olduğunu deyib. Türk rəsmisi, bu cür mütəxəssisin bədəni hissələrə ayırmaq üçün gəldiyini deyib.
MilliYol.Az