Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb
Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş.Əkbərovun məhkəməyə gətirilmədiyi elan olunub.
Daha sonra onun vəkili Bəxtiyar Hacıyev və digəri vəsatət qaldırıb. Onlar Ş.Əkbərovun özünün iştirakı ilə məhkəmənin davam etdirilməsini istəyib.
Vəsatət təmin edilib.
Proses oktyabrın 16-dək təxirə salınıb.
Qeyd edək ki, bu il iyulun 20-də Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub/Report.
MilliYol.Az