Bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək
Erməni KİV-ləri xəbər verir ki, bu barədə qərar parlamentin oktyabrın 9-da baş tutan iclasında qəbul edilib. Parlamentin 55 deputatı qərarın lehinə səs verib.
Baş nazir Nikol Paşinyan özünün Facebook səhifəsində bildirib ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla dekabrda növbədənkənar seçkilərin keçirilməsinə dair memorandum imzalayıb. O, sənədin mətninin daha sonra açıqlanacağını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...