Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda valyutadəyişmə məntəqələrinin açılmasına yaşıl işıq yandırıb
Bunu virtualaz.org-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.Deputatın sözlərinə görə, MBNP 5 oktyabrdan artıq bəzi məntəqələrə lisenziya verilməsinə dair təşkilatı işlərə başlayıb.
Xatırladaq ki, manatın devalvasiyasından sonra valyutanın qeyri-leqal alqı-satqısı ilə mübarizə üçün Azərbaycanda mübadilə məntəqələri bağlanmışdı. Valyutadəyişmə məntəqələrinin yenidən qayıtması Rüfət Aslanlının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyindən getməsi ilə eyni vaxta təsadüf edir. 2016-cı ilin yanvarından Azərbaycanda valyuta mübadiləsi məntəqələri yalnız bankların və poçt bölmələrinin nəzdində fəaliyyət göstərə bilərdilər.
Qaydalara əsasən, xarici valyutanın mübadiləsi vaxtı 500 və daha çox məbləğdə dollar satan, eləcə də 10 min və daha çox məbləğdə dollar alan fiziki şəxslər məcburi surətdə şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.
MilliYol.Az