Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın qətl edildiyinə qəti gözü ilə baxılarkən, qətliama İsrail kəşfiyyatı MOSSAD-ın qarışdığı da söylənməyə başlayıb
Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın qətl edildiyinə qəti gözü ilə baxılarkən, qətliama İsrail kəşfiyyatı MOSSAD-ın qarışdığı da söylənməyə başlayıb.
Ölkəsinin Türkiyə əleyhinə və ABŞ-a yaxın münasibətlərini tənqid edən Qaşıqçı-nın qətlə yetirilməsinə dair, İsrail kəşfiyyatı MOSSAD-ın da adı hallanmağa başlayıb. Səudiyyə Ərəbistan rəhbərliyi, İsrail ilə münasibətlərinin gələcəkdə yaxşılaşmasını istədiklərini söyləmişdi. İsrailli bir jurnalist, sosial media hesabından, bu mövqeyə müxalif olan Qaşıqçı-nın, İsrail kəşfiyyatı tərəfindən qətlə yetirildiyini iddia edib. Bu iddianı ortaya qoyan jurnalist Yossi Melman, məlum olmayan səbəblərdən dolayı bir müddət sonra atdığı tviti silib.
MOSSAD öldürdü
İsrailli jurnalist Yossi Melman, Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçı-nın öldürülməsi, yaxud qaçırılması hadisəsində MOSSAD Kəşfiyyat Xidmətininin barmağının olduğuna eyham edib. Səudiyyə və İsrailin güclü əlaqələrə işarə edən Melman, MOSSAD-ın 1965-ci ildə Mərakeşli Müxalif Bin Berketin öldürülməsinə kömək etməsini nümunə göstərib.
Tvit sildirildi
Qaşıqçı hadisəsinə dair MOSSAD-ın iddiasını ortaya qoyan İsrailli jurnalist bir müddət sonra bu tweeti silib. Bundan sonra bu həmlənin MOSSAD tərəfindən edilən bir təzyiqlə həyata keçirildiyi güman edilir.
MilliYol.Az