Cəlilabad rayonunda qızı kürəkəni tərəfindən qaçırılan Məmmədrzalı kənd sakini Ramil Yusubov infrakt keçirib.
Bu barədə R.Yusubovun qardaşı Rahim Yusubov məlumat verib:
"Qardaşım Bakıdan gələn gün vəziyyəti ağırlaşdı. Xəstəxanaya gətirdik, məlum oldu ki, infrakt keçirib. Həkimlər deyirlər ki, vəziyyəti orta ağırdır".
Qeyd edək ki, R.Yusubovun 14 yaşlı qızı Gülbahar Əhmədova sentyabrın 23-dən itkin düşüb. Ailənin ilkin ehtimalına görə azyaşlı qızı rayonun Mikayıllı kəndindən olan kürəkənləri, 26 yaşlı Ələmdar Məmmədov qaçırıb.(olke.az)
MilliYol.Az
Digər xəbərlər
loading...