Milli valyutanın Azərbaycandan xaricə və xaricdən Azərğaycana gətirilməsi ilə bağlı yeni qaydalar tətbiq ediləcək
Bu, prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında fərmanında nəzərdə tutulur.
Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, NK və Azərbaycan Mərkəzi Bankı rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə ölkədən çıxarılması və ölkəyə gətirilməsi zamanı bəyan edilməsi qaydasını müəyyən etsin.
Maraqlıdır ki, bu qaydanın müəyfyən edilməsi üçün cəmi 3 gün vaxt verilib: «Üç gün müddətində zəruri tədbirlər görüb bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər»-deyə fərmanda bildirilir.
MilliYol.az