Türkiyənin Mersin vilayətində qadınları fahişəliyə cəlb edən azərbaycanlılar tutulub
MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, vilayətin Mezitli qəsəbəsində Çiftçiköy məhəlləsində yerləşən mənzillərdən birində qadınların pul qarşılığında fahişəlik etmələrilə bağlı polis bölməsinə məlumat daxil olub.
Polis həmin ünvanda müşahidələr aparıb, binaya girib-çıxan şəxsləri araşdırıb. Məlum olub ki, bura gələn kişilər eskort saytlardan əlaqə yaratdıqları qadınlara intim xidmət qarşılığında 150 türk lirəsi verirlər.
Qeyd olunan ünvanda əməliyyat keçirilib, azərbaycanlı 4 qadınla birlikdə 7 kişi saxlanılıb. Şübhəlilərdən 3-ü və 2 azərbaycanlı qadının ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. S.M. və İ.N. adlı digər azərbaycanlı qadınlara “fahişəliyə yardım etmə və fahişəliyə cəlb etmə” maddələrilə cinayət işi açılıb. Hər iki şəxs saxlanılıb.
MilliYol.Az