Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri - Fransa və ABŞ ilə sıx əməkdaşlığa davam edilib
Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İzvestiya" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, yalnız bir real perspektiv var - münaqişənin danışıqlar vasitəsilə sülh yolu ilə həlli: “Azərbaycan və Ermənistan xalqının təhlükəsizliyə, sabitliyə və inkişafa olan həyati maraqları Rusiyanın hərtərəfli şəkildə dəstəklədiyi danışıqlar prosesinin əsası və siyasi hərəkətverici qüvvəsidir".
Q.Karasinin sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş vektor istiqamətində sülh razılaşmalarının hazırlanmasında münaqişə tərəflərinə yardım etmək üçün əlindən gələni etməyə çalışır.
"Bu mövqeyimiz dəyişməz olaraq qalır, bu, Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasında əksini tapıb və Vladimir Putinin hər iki ölkənin liderləri ilə son görüşlərində bir daha təsdiqlənib", - deyə Q.Karasin vurğulayıb.
MilliYol.Az