Yaponiyanın “Softbank” adlı mediakorporasiyası əmindir ki, onun günəş enerjisinə olan investisiyaları 25 ildən sonra öz bəhrəsini verəcək
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, həmin müddətdən sonra texnologiyaların inkişafı ucuz elektrik stansiyaların inşasına imkan verəcək və beləliklə elektrik enerjisi pulsuz şəkildə insanlara təqdim ediləcək.
Müştərilər isə yalnız günəş panellərini təmizləyən robotlara görə ödəniş edəcəklər.
Softbank pulsuz elektrik enerjisi ilə Beynəlxalq Günəş İttifaqının (ISA) üzv ölkələrini təmin edəcək.
Qeyd etmək lazımdır ki, bu ittifaqa 120-dən çox ölkə daxildir. Sözügedən planı “Softbank”ın CEO-su Masayoşi Son elan edib.
Son bildirib ki, həmin elektrik stansiyaları 100 illərlə xidmət göstərməyə qadir olacaqlar.
MilliYol.az