Yanvar-avqust aylarında paytaxtın ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,5 faiz artaraq 623,9 milyon manat olub, dövriyyənin 99,6 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, bu sektorda iaşə dövriyyəsinin 47,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-avqust aylarına nisbətən 14,2 faiz artaraq 298,2 milyon manat təşkil edib.
MilliYol.az
Digər xəbərlər
loading...