Nazirin kabinetində video qalmaqalı - Ölkənin baş baytarı nazir Heydər Əsədovu necə aldatdı?
Heydər Əsədov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin fəaliyyətini nə zaman nizama sala biləcək?
Azər Süleymanovun Sumqayıtda video çəkilişi əməliyyatı; Siyalə Rüstəmovanı özünə rəqib görən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov Kənd Təsərrüfatı naziri Heydər Əsədova hansı oyunları qurdu, naziri uşaq kim necə aldatdı; Əslində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Sumqayıt Baytarlıq Idarəsinin keçmiş rəisi nəyin qurbanı oldu? Nazir Heydər Əsədov öz kabinetində Siyalə Rüstəmovaya niyə Qurana əl basdırdı? Nazir Heydər Əsədov öz kabinetində Siyalə Rüstəmovaya hansı videonu göstərdi və Siyalə Rüstəmovnın nazirin kabinetində niyə ürəyi getdi? Azər Süleymanovun video əməliyyatından sonra kim vəzifə aldı…
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) bir türlü sualar durulmur. Bir neçə il əvvəl, hələ İsmət Abbasov dönəmində Dövlət Baytarlıq Xidmətinin o zamankı rəisi İsmayıl Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra hamı düşünürdü ki, nəhayət, bu sistemdə işlər qaydasına düşəcək. Amma gözləntilər özünü doğrultmadı. Onun yerinə Xanlar rayonunun Zurnabad kəndində Biokombinatın mudiri isləyən Siyalə Rustəmova DBNX-inə rəis gətirildi. Ancaq yenə də DBNX-də milyonluq yeyintilər və böyük mübarizələr davam etdi. Ona görə ki, həm Dövlət Xidmətində, həm də paytaxt Bakıda kifayət qədər savadlı, təcrübəli mütəxəssislər və alimlər ola-ola nə üçün ucqar rayonda kombinat müdiri işləyən xanıma belə yüksək vəzifə verilməsi çoxlarında qıcıq yaratdı. Heydər Əsədov Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirildikdən sonra, o da DBNX-də qayda yaratmağa qalxdı. Amma Heydər Əsədovun da təyinatı hamını təəssüö içində buraxdı. Ucqar Zurnabad kəndində kiçik bir idarənin müdiri olaraq çalışan Siyalə Rüstəmovanı vəzifədən alan Heydər Əsədov onun yerinə yenə Xanlar rayonundan yeni kadr seçdi. Belə ki, nazir Xanlar rayn Baytarlıq İdarəsinin rəisi Azər Süleymanovu DBNX-inə müvəqqəti rəis təyin etdi. Siyalə Rüstəmovanı isə Sumqayıt səhər Baytarlıq Idarəsinə rəis göndərdi. Sentyabr ayının 14-də, yəni təqribən bir ay əvvəl isə Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətiilə dair daxil olmuş şikayətlərlə əlaqədar keçirilən kollegiya iclasında nazir Siaylə Rüstəmovanı işdən azad etdi. Nazir Heydər Əsədovun bu qərarı hamı üçün sürpriz oldu. Amma DBNX-nin müvəqqəti rəisi Azər Süleymanov və ona yaxın olan bəzi şəxslər üçün bu qərar heç də gözlənilməz olmadı. Çünki Siaylə Rüstəmova haqqında qərar verilməmişdən əvvəl Azər Süleymanovun adamları Sumqaytda videoçəkiliş aparmış və həmin video Heydər Əsədova təqdim olunmuşdu. Bundan sonra isə nazirin kabinetində faciə-məzhəkə tamaşası oynanılmışdı. Faciə-məzhəkənin baş rejissoru isə Azər Süleymanov olmuşdu.
Nazirin kabinetində baş verənlərin detallarına varmadan öncəliklə Azər Süleymanovun fəaliyyətinə nəzər salsaq daha yerinə düşər.
Öncəliklə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarların işinə müdaxilələrin qarşısının alınmasına yönəldilmiş tədbirləri, korrupsiyaya qarşı barışmaz mövqeyi bir çox bu çirkaba bulaşan, “xalqıma xidmət edirəm”, deyib, hay-küy salan, bəzi məmurların artıq qorxulu yuxusuna çevrilsə də, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş verən oxşar olaylar bu qurumun rəisi vəzifəsini icra edən Azər İdris oğlu Süleymanovun deyəsən gecələr rahat yatmağına heç cür təsir etmir. Çünki Azər Süleymanov DBNX-nin müvəqqəti rəisi təyin olunduqdan sonra işi-peşəsi sahibkarlığın işinə mane olmaq və bu yolla sahibkarlardan pul toplamaq olub. Elə “GOOGLE” axtvarış sistemində Azər Süleymanov yazdıqda da bu açıqca görünür. DBNX-nin müvəqqəti rəisi olaraq qısa müddət çalışmasına baxmaayraq, Heydər Əsədovun bu kadrı haqqında “GOOGLE” axtvarış sistemində ortaya çıxan şikayətlər, korrupsyia faktları ilə bağlı yazılar hər şeyi göstərir.
Elə “GOOGLE” axtvarış sistemində bir neçə dəqiqə Azər Süleymanovu araşdırdıqda məlum olur ki, bu şəxs DBNX-nin rəisinin müavini, 2015-ci ilin sentyabr ayından isə rəisin vəzifəsini müvəqqəti icra edən gündən DBNX-inə heyvandarlıq yüklərinin idxal- ixracına icazə üçün üz tutan sahibkarların qara günü başlayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 21aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş və baytarlıq nəzarətində olan və Baytarlıq Xidməti tərəfindən idxal-ixracına icazə verilməsi qaydalarında vacib olan heyvan mənşəli məhsul, xammal, yem və yem əlavələrinin əsas anlayışı verilib:
-Heyvan mənşəli məhsullar: ət, süd, yumurta bal və s.;
-Heyvan mənşəli məhsul, xammal: gön , dəri, yun, tük, lələk, sümük, buynuz dırnaq, qida üçün yaramayan sair heyvan mənşəli tullantılar, və baytarlıq konfiskatları;
-Yemlər və yem əlavələri.
Nazirlər Kabinetinin təsdiq etdiyi yuxarıda göstərilən siyahıdan göründüyü kimi, dövlət baytarlıq nəzarətinə və idxal-ixracına icazə tələb olunan yalnız çiy, termiki və kimyəvi işləmələrdən keçməyən məhsullar daxildir. Təəssüflər olsun ki, DBNX-nin işçiləri sahbkarları aldadaraq Azər Süleymanovun “Rüşvət Kisəsinə” çevirilən Dövlət Baytarlıq Xidmətindən icazə alınmasına zəruriyyət olmayan konservlədirilmiş, yəni termiki işləmədən keçmiş heyvan mənşəli məhsullar-balıq konservi, mal əti konservi, quru süd, dondurma, yoqurt, kərə və digər emal
edilmiş yağlar, kolbasa məmulatları, xromlanmış, yəni kimyəvi yolla işlənmiş dərinin hər bir maşınına rüşvət alırlar. Əvvələr hər maşina görə 100-150 manat rüşvət alınırdı. Lakin cənab Azər Süleymanov vəzifə başına keçəndən bu “qiymətlər” iki dəfə artırıldı. Bir iş adamının təkzibolunmaz sübutlarları ilə təqdim etdiyi məlumata görə baytarlıqda işlədilən bir adda olan antibiotikin ölkəyə idxalı üçün ondan 1000 manat rüşvət alınmışdır. Bu sahibkar isə ölkəyə 5 adda antibiotik idxal edib ki, Azər bəy ondan müvafiq olaraq 5000 rüşvət alıb.
Bundan başqa, 40 min manatlıq dəyərində gəmiricilərlə mübarizə məqsədilə ölkəyə idxal olunan preparata şəxsən Azər Süleymanov iş adamından 4000 manat rüşvət alır. Digər 100 tonlarla idxal olunan məhsulla, dərman maddələrinə də belə faiz hesabı ilə rüşvətlər alınır.
Xatırladaq ki, cənab Prezident öz çıxışlarında göstərmişdi ki, “…sahibkarların işinə müdaxilə edən məmurlar xəyanətkardır və mənə hər bir korrubsiyaya qoşulmuş məmur haqqında xəbər verilsin”, tapşırığına artıq ictimailəşmiş hədəfi göstəririk - AZƏR İDRİS oğlu SÜLEYMANOV
Məlumat üçün bildiririk ki, bü gün səlahiyyətlərindən kənar olmasına baxmayaraq Azər Süleymanov rayon, şəhər baytarlıq idarələrinin mütəxəssislərini ərazilərində fəaliyyət göstərən Şadlıq Evlərinə, həmçinin iaişə obyektlərinə göndərərək, güya ora gətirilən heyvan ətiləri yerində müayinədən keçirirlər. Bu isə Şadlıq Evlərindən, həmçinin iaişə obyektlərindən baytarlıq xidməti göstərmək adı altında rüşvət toplamaq deməkdir və tamamilə qanundankənar prosesdir ki,sahibkarların işinə bir başa müdaxilə etmək və onların fəaliyyətinə mane olmakq deməkdir.
Bildiririk ki, baytarlıq orqanlarının səlahiyyəti kəsim məntəqələrində satış və ictimai iaişə obyektlərinə göndərilməzdən əvvəl cəmdəyə baxış keçirərək möhürlə (damğa) sağlam olmasını təsdiq etdikdən sonra bitir. Bundan sonra Sadlıq Evlərində və iaşə müəssisələrində istifadə edilən qida məhsullarına dövlət nəzarəti səhiyyə orqanlarının səlahiyyətinə daxildir.
Baytarlıq Xidməti orqanlarının əməkdaşları qanunla müəyyən olunmamış yerlərdə heyvandarlıq məhsuıllarının satışı ilə mübarizə etmək funksiyasını daşıdığı halda, küçələrdə, sanitariya tələblərinə cavab verməyən yerlərdə, heç bir spesfik müayinə aparılmadan satılan cəmdəklərə möhür vuraraq qanunsuz pullar toplayırlar. Bu gün şəhərdə qəssaabların hər yerdə küçədə heyvan kəsdiklərinin hər gün şahidi oluruq və məhz Azər Süleymanovun işçilərinin neqativ fəaliyyəti nəticəsində Bakıda və Sumqayıtda antisanitar şərait insanların sağlamlığı üçün ciddi təhlükəyə çevrilir. Bakıda və Sumqayıtda antisanitar şərait ona görə hökm sürür ki, Azər Süleymanov və işçiləri antisanitar şəraitdən pul qazanırlar və həm də bu pulun miqdarı hər ay milyonlarla manat olur.
Respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən ət köşklərindən, mağazalarından hər birindən rüşvətdən kənar ayda minimum 30 manat haqq yığılır. Minlərlə sayı olan belə obyektlərdən yığılan həmin vəsait texnikası, avadanlığı çatışmayan baytarlıq idarələrinin, laboratoriyaların maddi-texniki bazalarının möhkəmləndirilməsinə, əlavə baytarlıq işcilərinin işə cəlb edilməsinə, işçilərin həvəsləndirilməsinə sərf edilməsi əvəzinə, budcədən kənar vəsait Bakıdakı hesaba köçürülərək Azər Süleymanovun sərəncamı ilə müxtəlif adlarla oradan çıxarılır. Dövlət Baytarlıq Xidmətinin büdcə vəsaiti hesabına alınmış xüsusi təyinatlı avtomaşınlar illərdi ki, açıq havada qalıb çürüməkdədir. Baytar həkimləri isə yerlərdə texnika çatışmazlığından əziyyət çəkir (bu barədə KİV daima məqalələr gedir). Bu səbəbdən də Baytarlar təsərrüfatlarda müalicə işlərinə və digər xəstəliklərin qarşısının alınmasına yönəldilmiş profilaktiki tədbirlərin aparılmasına vaxtında çata bilmirlər. Bu da mal-qaranın baytarlıq yardımı göstərilməməsi nəticəsində tələf olması səbəbindən vətəndaşın ailə büdcəsinə iqtisadi zərbə vurur. Bununla bağlı vətəndaşların şikayət məktublarının ardı-arası kəsilmir.
Azər Süleymanov vəzifəni müvəqqəti icra etməyə başladığı gündən Dövlət Xidmətində sağlam atmosveri qoruyub saxlamaq, heyvan və insanlar üçün ümumi olan xəstəliklərlə mübarizə üzrə tədbirlər müəyyənləşdirmək, baytarlıq idarələrinin, laboratoriyalarının maddi-texniki bazalarını möhkəmləndirmək, Ərzaq Təhlükəsizliyi istiqamətində imzlanmış Dövlət Proqramında icrası nəzərdə tutulmuş baytarlq orqanların üzərinə düşən vəzifələri yerinə yetirilməsinə yönəldilmiş tədbirlər hazırlamağı təşkil etmək əvəzinə, korrubsiya, işçi ilə işəgötürən arasında intiriqalara, qaunsuz özünə yaxın adamlarını işə qəbul etmək, təhsili və diplomunun həqiqiliyi şübhəli olan işçini vəzifədə irəli çəkmək, beləliklə dövlət qulluqçularını narazı salmaqla məşğuldur. Nəzarəti əldən verərək intiriqalarla məşğul olduğuna görə də bu yaxınlarda bir neçə rayonda insanlar yoluxucu xəstəlik olan “Sibir Xorası” ilə xəstələnmiş, heyvanın məhsulu ilə keçən bruselyoz xəstəlyiindən vətəndaşlarımız əziyyət çəkir. Bu xəstəliklər isə nazirliyin rəhbərliyindən gizlədilir.
Bir sıra peşəkar mütəxəssislər Azər Süleymanovun özbaşınalığından qanunsuz hərəkətlərindən aidiyyəti üzrə şikayət məktubu ilə müraciət etsələr də, araşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə göndərilən şikayət xarakterli müraciətlərə nazirlikdə başdansovdu baxılır və öz maraqlarına uyğun cavablar verilir. Azər Süleymanovun qanunsuz hərəkətlərindən müxtəlf səlahiyyətli dövlət qurumlarından kənd təsərrüfatı nazirliyinin rəhbərliyinə şikayətlər daxil olmaqdadır. Lakin nazirlik şikayət məktublarına baxılması üçün məktubları Azər Süleymanova göndərir. Aydındır ki, Azər müəllim də özünün maraqlarına uyğun, məktubda adları göstərilən şəxslərdən öz xeyrinə izahatlar aldırır və cavab məktubunda düzgün olmayan məlumatlar verir, güya Dövlət Baytarlıq Xidmətində hər şey saat kimi tıkır-tıkır işləyir və korrupsiya filan yoxdur.
Qeyd edək ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun kabinetində baş verən video qalmaqalı ilə bağlı ətraflı ikinci yazımızda ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardı var…
Mənbə: anaxəbər.az
Digər xəbərlər
loading...