Oğuz rayonunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb
Hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.
Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Sevda Musa qızı Sarıyeva idarə etdiyi “Kia Rio” markalı minik avtomobili ilə Şəkidən Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.
Hadisə zamanı S.Sarıyeva xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan “Report”a bildirlib ki, S.Sarıyevaya qapalı kəllə-beyin travması və burun sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirlir.
Qeyd edək ki, sürücü Şəki və ətraf rayonlarda vəkillik edən Musa Sarıyevin qızıdır.
Faktla bağlı araşdırma aparılır.
Milliyol.az