"Terror qruplaşmalarının və Türkiyə düşmənlərinin həyəcanlarını anlayırıq, bunu bilirik"
"Son illərdə terror qruplaşmalarının başını elə əzmişik ki, nə etsələr yeridir. Ölkəmizin yaşadığı çətinliklərə alova benzin tökən kimi yaxınlaşan ana müxalifət partiyasına və onun rəhbərinə nə deyək? Biz bu şəxsin iftiralarını üzünə vurmaqdan, əlinə verilən kağız parçalarının sənəd deyil, sadəcə bez parçası olduğunu başa salmaqdan yorulduq".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu şəxsi baş nazir və prezidentliyimiz dövründə bəlkə də min dəfə rəzil-rüsvay etdik. Ancaq bu şəxsdə iftiralarından əl çəkmədi. Türkiyədə nə qədər terrorçu, təxribatçı, nə qədər şübhəli tip varsa, bu şəxs onların hamısını çıxışlarında baş tacı edir, tərifləyir, dəstəkləyir”, - Ərdoğan bildirib.(axar.az)
MilliYol.az