Sonradan ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin başçısı Eldar Mahmudovun işdən çıxarılmasından və bu strukturun yüksək vəzifəli əməkdaşlarının həbsindən sonra növbə başqa nazirliklərin və idarələrin yüksək vəzifə tutan işçilərinə də çatdı
Vəzifəsiz qalan və sonra saxlanılan belə məmurlardan biri Vergilər Nazirliyi Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi və Eldar Mahmudovun ən etibarlı adamlarından biri kimi tanınan general Vidadi Məmmədov oldu.
O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı.
Və təsadüfi deyil ki, Baş prokurorluq tərəfindən MTN əməkdaşları ilə bağlı qaldırılmış cinayət işi üzrə istintaqa ilk növbədə məhz o cəlb olundu.
Ancaq heç iki il keçmədi və V.Məmmədovun adı Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçilərinin siyahısında peyda oldu.
Virtualaz.org-un məlumatına görə, cərimələnmiş vergi mütəxəssisi AMEA-nın ümumi məsələlər üzrə direktor müavini vəzifəsinə düzəlib, bundan başqa, onun adı Akademiyanın Arxitektura və İncəsənət İnstitutunun fəlsəfə doktorları arasında hallanır. Ən paradoksal olanı isə budur ki, onun dissertasiyasının mövzusu "Korrupsiya ilə mübarizə problemləri"dir.
Nə demək olar, korrupsiya ilə mübarizə yolunda hansı problemlər ortaya çıxa bilər və ən əsası, onları necə yaratmaq olar məsələsində general V.Məmmədov heç də şayiələrə görə məlumatlı deyil...
Öz gələcək elmi işinin mövzusunun dərinliyinə o hələ sovet OBXSS-ində nüfuz etməyə başlamışdı, Vergilər Nazirliyində isə həmin biliklərini cilalandırdı. Özü də Eldar Mahmudov kimi istedadlı, bu problemlərin mahiyyətini dərindən bilən elmi rəhbərin himayəsi altında...
Şayiələrə görə, Vidadi Məmmədov bir sıra ciddi qeyri-qanuni hərəkətlərə baxmayaraq, MTN işi üzrə həbsdən qaçmağa güclü himayəçinin, məhz keçmiş baş prokuror və hazırda Serbiyada Azərbaycanın səfiri işləyən Eldar Həsənovun səyləri sayəsində müvəffəq olub. E.Həsənovun dostu və “sağ əli” Elmir Şirinov isə, hansı ki, vergi generalını ittiham edilənlərin içərisindən çıxarmaq üçün çox çalışırdı, indi Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin müstəntiqi oldu.
Görünür, qalmaqallı ifşaların kölgələri yenidən maddiləşdirilirlər...
MilliYol.Az