Böyük Britaniyanın hərbi komandanlığı Rusiyaya qarşı irimiqyaslı kiberhücum həyata keçirməyə və Moskvanı işıqsız qoymağa hazır olduğunu bildirib. Belə ssenari Rusiya tərəfindən qərb ölkələrindən birinə hücum baş verərəsə işə düşəcək
Bu haqda “The Sunday Times” krallığın təhlükəsizlik xidmətindəki yüksək rütbəli mənbəyə istinadən bildirir.
Mənbənin bildirdiyinə görə britaniyalı məmurlar “hücum xarakterli kiberpotensialı işə salmağa, o cümlədən Kremli işıqsız qoymağa and içiblər”. Mənbə qeyd edib ki, hökumət bu addıma gedəcək, çünki Birləşmiş Krallıqda müdafiə resursları çatışmır.
Britaniyalılar planlaşdırırlar ki, əgər Rusiya prezidenti Vladimir Putin NATO nizamnaməsinin 5-ci maddəsini işə salmağa alyans üzvlərinin nə dərəcədə hazır olduğunu yoxlamaq üçün Estoniya adalarından birini tutmağa qərar versə, yaxud Liviyaya hərb müdaxilə etsə və ya qeyri-nizami hərbi birləşmələrdən istifadə edib Britaniya qoşunlarına hücum etsə Moskvanın təcavüzünə kiberməkanda cavab verilsin.
Habelə bu həftə sonu Omanda 5.5 min britaniyalı hərbçinin iştirakı ilə təlimlər keçirilir. Bu təlimlərdə rus tankları ilə döyüş və hibrid müharibəyə qarşı müqavimət sınaqdan keçirilir.(virtualaz.org)
MilliYol.Az