Türkiyə növbəti terror aktının qurbanı olub. MilliYol.Az yerli mediaya istinadən xəbər verir ki, PKK terror təşkilatı Hakkarinin Şemdinli qəsəbəsinin 20 km məsafəsində yerləşən Durak Jandarma Şöbəsinə hədəfə alıb.
Terrorçular bomba yüklənmiş maşınla bölməyə hücum edib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsindən verilən məlumata görə, 8 əsgər şəhid olub, 5-i yaralanıb. Yaralılar Şemdinli və Yüksekova Dövlət Xəstəxanasına yerləşdirilib.
Partlayış nəticəsində yerdə 5 metr dərinliyinlə, 10 metr genişliyində çuxur əmələ gəlib. Bölgədə genişmiqyaslı anti-terror əməliyyatları başlayıb.
***
Baş vermiş terror aktı nəticəsində şəhid olan və yaralanan əsgərlərin sayı artıb. Türkiyə Silahlı Qüvvələrindən verilən son açıqlamada bildirilir ki, xain hücum zamanı 9 əsgər şəhid olub, 11-i isə yaralanıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...