Hökumət İtaliyanın 2,4 faizədək yüksəlmiş büdcə kəsirini 2019-cu ildən başlayaraq tədricən aşağı salacaq
Bu fikri İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni Tria söyləyib.
“Əvvəlki hökumət tərəfindən Avropa Komissiyası ilə razılaşdırılmış hədəflərdən 2019-cu ildə imtina ediləcək, növbəti illərdə büdcə kəsirində tədricən azalma olacaq. Məqsəd İtaliyanın inkişafında fərq yaradan boşluqları aradan qaldırmaq və borcun ÜDM-yə nisbətinin daimi şəkildə azaldılmasını təmin etməkdir”, – deyə Covanni Tria bildirib.
İtaliyanın dövlət borcu ÜDM-nin 130 faizdən çoxunu təşkil edir və İtaliya bu göstəriciyə görə Avropa İttifaqı ölkələri arasında Yunanıstandan sonra ikinci yerdədir.(azərtac)
MilliYol.Az
Digər xəbərlər
loading...