Avropanın neft məhsulları və müxtəlif mallar üçün ödənişlər də daxil olmaqla öz avro-SWIFT sistemini quracağı ilə bağlı inkişafları yaxından izləyirik. Biz də belə bir təşəbbüsdə iştirak etməyə hazırıq
Bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya 24” telekanalına müsahibəsində deyib. Nazir Avropanın Rusiya ilə ticarətdə dollardan imtina etmək istədiyini bildirib.
A.Siluanov ABŞ-ın dövlət və maliyyə qurumlarının dollardan istifadə ilə əlaqədar məhdudiyyətləri səbəbindən ölkələrin həll axtarışını davam etdirdiyini deyib: “ABŞ-ın bu siyasəti ilə əlaqədar Avropa şirkətləri də dollardan istifadəni azaltmaq istəyir. Bunlar həmişə ikitərəfli həllərdir. Buna görə də şəriklərimizlə birgə çalışacağıq”.(AzərTAc)
MilliYol.Az