Dörd gün ərzində Dövlət Miqrasiya Xidməti(DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 92 əcnəbi saxlanılıb
Bu barədə DMX-nın mətbuat xidmətindən məlumat verilib.
Saxlanılmış şəxslərdən 18 nəfərinin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 69-nun isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 68 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
MilliYol.Az