Oktyabrın 6-dan metronun “Bakmil” stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır
Bu barədə virtualaz.org-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verublər.
Bildirilir ki, "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində sabahdan etibarən günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq: "Sərnişinlər saat 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər. Bu məhdudiyyətlər 2018-ci il avqust ayının 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb".
Qurumdan əlavə ediblər ki, günün göstərilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur: "Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərir".
MilliYol.Az