İsrail polisi etibardan sui-istifadə və rüşvətxorluq təhqiqatları çərçivəsində ölkənin baş naziri Benyamin Netanyahunu bu gün səhər saatlarında növbəti dəfə dindirməyə başlayıb
RİA Novosti bildirir ki, Netanyahunun adı iki cinayət işində - bahalı hədiyyələrin alınmasında və “Yediot-Axronot” media-qrupu ilə sövdələşmədə hallanır.
Polis hökumət başçısına qarşı rüşvət, dələduzluq və etibardan sui-istifadə maddələri ilə ittiham irəli sürülməsi üçün işi prokurorluğa göndərib.
“Kan” teleradioşirkətinin məlumatına əsasən, bu, baş nazirin 12-ci dindirilməsidir. Bu dindirilmədə polis araşdırmalar zamanı əldə edilmiş yeni dəlilləri təqdim edəcək.
“1000 saylı iş” adı alan araşdırmada Netanyahunun dəyəri 300 min dollar olan hədiyyələri aldığı bildirilib. “2000 saylı iş”də baş nazirin “Yediot-Axronot” media-qrupu ilə sövdələşmə həyata keçirdiyi qeyd edilib.
Hökumət başçısı günahsız olduğunu bildirib və deyib ki, onunla bağlı araşdırmaların nəticəsi olmayacaq.
MilliYol.Az