Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb
İlk qanun layihəsi – Vergi Məcəlləsinə və Gömrük Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı komitə sədri Ziyad Səmədzadə məlumat verdi. O bildirdi ki, hər iki qanun layihələri president tərəfindən göndərilib. İlk oxunuşa çıxarılan qanun layihələri barədə çıxış edən deputat Aydın Mirzəzadə layihələri dəstəklədiyini və səs verəcəyini dedi.
Daha sonra isə ölkədə Müəllimlər gününün qeyd olunduğunu bildirdi və bu münasibətlə müəllimləri təbrik etdi. O dedi ki, 15 il ərzində 5 min orta məktəbin 3 min 500-ü ya yenidən tikilib, ya da təmir edilib. Spiker Oqtay Əsədov “biz də təbrikə qoşuluruq”, deyə, əlavə etdi.
MilliYol.Az