Oktyabrın 18-də Azərbaycan dövlətinin müstəqilliyinin bərpa olunmasının 25 ili tamam olacaq. Bu dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük və şərəfli inkişaf yolu keçib. Bu yolda Azərbaycan dövləti sosial-iqtisadi sahələrdə də inkişaf edib, müasirləşib.
Bu barədə “Azərbaycan dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda keçirlən konfransda “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı danışıb.
T.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı “Azəri-Türk” Qadınlar Birliyi tərəfindən İstanbulda da elmi konfrans keçiriləcək. Onun sözlərinə görə, “Savalan” qrupu tərərfindən Şah İsmayıl Xətainin şeirləri səhnələşdiriləcək.
Bu günkü tədbir də bu tədbirlərin başlağıcı olduğunu bildirən Millət vəkili Fəzail İbrahimli isə bildirib ki, 1991-ci ilin 18 oktyabr tarixi hər bir Azərbaycan tarixi üçün qürur mənbəyidir:
“Azərbaycanın müstəqillik tarixi hər bir azərbaycanlının qəlbində yaşamalıdır və yaşayır. Heç kəsdə belə fikir yaranmamalıdır ki, Azərbaycan xalqı qəfil ayılıb, müstəqillik əldə etdi. 70 il Sovet İmperiyasının əsarətində yaşamağımıza baxmayaraq, milli ruhu qoruyub saxlamaq asan məsələ deyil. Bunu hər millət bacara bilməz. Sovet əsarəti dövründə Azərbaycanda milli ruh Sabir Rüstəmxanlı kimi şairlərin və yazıçıların sayəsində qorunub saxlanıldı”.
Deputat bu gün Azərbaycanda müəyyən daxili problemləri qabardıb, müstəqilliyimizi təhlükə altına atmamağımızıvurğulayıb:
“Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi üçün yaranan təhlükə bu gün də qalır. Azərbaycanın müstəqilliyinə qarşı hər an təhlükə yarana bilər. Azərbaycan xalqı şəhid verərək müstəqilliyini bərpa edib. Ona görə də o qara günləri yaddan çıxartmaq lazım deyil”.
PRESS RELİZ
Qeyd edək ki, Azəri-Türk Qadınlar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25 illiyi ilə əlaqədar “Azərbaycanın dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” adlı tədbir planı hazırlayıb. Tədbirlərin keçirilməsində məqsəd 25 illiyini qeyd edəcəyimiz Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Belə ki, bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi tamam olur. Bu dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük və şərəfli bir yol keçib. Əzəmətli və tarixi olan bu yolda Azərbaycan sosial-iqtisadi cəhətdən inkişaf edib, müasirləşib, beynəlxalq tədbirlərin ünvanı olub. Əlbəttə ki, müstəqillik dövrü problemlərsiz də ötüşmədi. Müstəqillik uğrunda mübarizənin dərin tarixi kökləri vardır. Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü qeyd edildiyi bu günlərdə keçmiş tarixə nəzər salmaq, keçmişdə qazandıqlarımızı itirməmək, onları daha da inkişaf etdirmək, gələcək nəsillərə təhvil vermək, tariximizi bilmək hər birimizin ümdə borcudur. Bununla yanaşı, bütün bu tarixi və faktiki məlumatları da təbliğ etmək və yaymaq lazımdır ki tariximizi digər millətlər bilsin və bizləri, bizim keçmişimizi tanısınlar. Layihənin əsas prioriteti Azərbaycanın 25 ildə keçdiyi yolda qarşılaşdığı mürəkkəb ictimai-siyasi proseslər və çətinliklərdən gənc dövlət olaraq, şərəflə, alnıaçıq çıxmasının, 25 ildə əldə etdiyi böyük uğurlar və inkişafın, eyni zamanda bu gün ərazi bütövlüyü ilə bağlı yaşadığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Dövlətimiz bu gün özünün inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Azərbaycanda ordu quruculuğu uğurla aparılır, Silahlı Qüvvələrimizin peşəkar hazırlıq səviyyəsi, maddi-texniki bazası möhkəmləndirilir. Ölkəmizdə müdafiə sənayesi inkişaf etdirilir, ilk süni peykimizlə bağlı layihə həyata keçirilir. Azərbaycan tam müstəqil ölkədir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ölkəmizin və vətəndaşlarımızın həyatında böyük əhəmiyyətli ictimai-siyasi və tarixi hadisədir. Ölkəmizdə aparılan siyasət xalqının maraqlarına xidmət edir.
Son hadisələr də göstərdi ki, beynəlxalq ictimaiyyət hələ Azərbaycan həqiqətləri haqqında tam məlumatlı deyil və bu da ermənilərin informasiya mübadiləsində Azərbaycandan üstün olduğunun göstəricisidir. Hazırda erməni təbliğatı nəticəsində dünyanın bir çox ölkələri ermənilərin yalan və uydurmalarını həqiqət kimi qəbul ediblər və hətta bir çox dövlətlər tərəfindən rəsmi qaydada “erməni soyqırımı” tanınıb. Bu yalançı təbliğat vasitəsilə yaranmış yanlış təsəvvürü doğru istiqamətə dəyişmək üçün cəmiyyətimizin, xüsusilə QHT-lərin məqsədyönlü fəaliyyətinə böyük ehtiyac vardır. Missiyamız layihə vasitəsilə Azərbaycanın 25 illik həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda ermənilərin “erməni soyqırımı” və Dağlıq Qarabağ haqqındakı yalan və uydurmalarının təbliğatının qarşısını 25 illik müstəqillik dövrümüzün tarixi və dəqiq faktları ilə almaqdır. Bütün bunları nəzərə alaraq, Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş sözügedən layihə vasitəsilə Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, Xocalı soyqırımı dəhşətlərini beynəlxalq ictimaiyyətə tanıtmaq üçün tədbirlər keçiriləcək. Layihə çərçivəsində təbliğat xarakterli görüş və tədbirlərin keçirilməsi, həqiqəti əks etdirən informasiyanın yayılması bu problemi dünya ictimaiyyətinə çatdırmağın formalarından biri kimi icra ediləcək.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...