Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. Bu məsələ Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb
Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi. Həmin Şuraya Rüfət Aslanlı rəhbərlik edirdi.
Direktorlar Şurasının ləğvi ilə sədr Rüfət Aslanlı, müavini Nigar Məmmədova və Şuranın üzvləri vəzifələrini itiriblər.
Təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, təyin olunana qədər İdarə Heyətinin vəzifələrini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərman qüvvəyə mindiyi günədək formalaşmış İdarə Heyəti həyata keçirir.
Qeyd edək ki, İdarə Heyətinin rəhbəri İbrahim Alışovdur.
MilliYol.Az