“Facebook” sosial şəbəkəsinin rəhbərliyi uşaq və yeniyetmələr haqqında məlumatları qeyri-qanuni olaraq toplamaqda günahlandırılır
Şirkət bunu “Messenger Kids” adlı əlavə proqram vastiləsilə həyata keçirirmiş.
“Facebooka”a yönəlik ittihamlar ABŞ-ın “Uşaq və istehlakçıların hüquqlarının müdafiəsi üzrə qruplar koalisiyası”ndan gəlib.
Təşkilatın ABŞ Federal ticarət komissiyasına göndərdiyi şikayət ərizəsində “Facebook”un yeni istifadəçilərin, xüsusilə də uşaqlaırn qeydiyyatı zamanı konfidensiallıq qaydalarını pozduğu göstərilib.
İddiaçılar belə hesab edir ki, “Facebook” uşaqlar haqqında məlumatları 3-cü şəxslərlə də paylaşa bilərlər.
Belə ki, “Messenger kids” proqramı azyaşlılara və yeniyetmələrə kənar şəxslərlə ünsiyyət qurmağa imkan verməklə bərabər, qeydiyyatın məhz valideynləri tərəfindən aparılmasını tələb edir.
Yəni əslində bununla uşağın qorunması adı altında onların ailə üzvlərinin hamısı haqqında, həm də sənəd məlumatları ilə asanlıqla informasiya toplamaq mümkün olur.(musavat.com)
MilliYol.Az