Türkiyənin Niğdə bölgəsinin Bor rayonundakı gecə klublarından birində keçirilən əməliyyat zamanı doqquz azərbaycanlı saxlanılıb
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, axtarış zamanı klubdan bir ədəd doqquz millimetrlik tapança və narkotik vasitə aşkarlanıb.
Saxlanılan şəxslərdən birinin pasportuna saxta giriş möhürü vurulduğu, beşinin isə iş icazəsi olmadan klubda çalışdığı bildirilib. Qalan üç nəfərin deportasiyası ilə bağlı işlər aparılır.
Azərbaycanlılarla yanaşı, bir rusiyalı və üç gürcü də saxlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...