Fransanın paytaxtı Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyi çərçivəsində “İnsan kapıtalının inkişaf etdirilməsi, daha gözəl gələcəyin qurulması“ mövzusunda simpozium öz işinə başlayıb
Tədbirdə diplomatik korpusun nümayəndələri ilə yanaşı, dövlət və hökumət rəsmiləri də iştirak edirlər.
Simpoziumda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Beynəlxalq Sərgilər Bürosunun (BSB) baş katibi Visente Lossertale və digər şəxslər çıxış edəcəklər.
Tədbirdə “İstedad, təhsilin gələcəyi“, “Nailiyyətlər, əməyin gələcək növləri“, “Gümrahlıq, gələcək sağlamlığımızın əsas amili kimi“ və digər mövzular üzrə məruzələr dinləniləcək.
MilliYol.Az