NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, Gürcüstan bir gün alyansa qoşulacaq
Stoltenberg oktyabrın 3-də alyansın və Gürcüstanın müdafiə nazirlərinin görüşündən sonra bu münasibətlə bildirib ki, “NATO-nun qapıları Tbilisi üçün açıq qalır”.
NATO 2008-ci ildə Buxarestdə keçirilən sammitində bildirmişdi ki, Gürcüstan son nəticədə alyansın üzvü olacaq. Lakin Gürcüstanın üzvlüyə qəbulu barədə dəqiq tarix bildirilməmişdi. Bundan sonra alyans bütün sammitlərində Gürcüstanı üzvlüyə qəbul etmək niyyətini dəfələrlə təkrar edib.
Stoltenberg deyib ki, NATO müttəfiqləri Gürcüstanın, xüsusilə də daha səmərəli təhlükəsizlik və müdafiə təsisatları yaratmaq sahəsində islahatları həyata keçirməkdə davam etməsindən razıdırlar.
NATO rəhbəri alyansın Gürcüstanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib və Rusiyanı Gürcüstandan ayrılmış Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına son qoymağa, öz qüvvələrini Gürcüstan ərazisindən çəkməyə çağırıb.
3, 7 milyonluq əhalisi olan Gürcüstanla Rusiya arasında 2008-ci ildə baş vermis qısa müharibə onun Abxaziya və Cənubi Osetiya bölgələrinin ölkədən qoparılması ilə nəticələnib.
Bu müharibədən sonra Rusiya Gürcüstanın separatçı bölgələrində minlərlə əsgəri qüvvədən ibarət qoşunlarını saxlamaqda davam edir. Rusiya və Gürcüstan arasında müharibənin başa çatmasının onuncu ildömnümündə Rusiyanın baş naziri Dmirtri Medvedev deyib ki, Gürcüstanın NATO-ya qoşulması daha dəhşətli yeni münaqişənin başlanmasına səbəb ola bilər.
MilliYol.Az