Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımov sakinləri zorla yaşadıqları evlərdən çıxarır
Söhbət Əsabil Qasımova məxsus tikinti şirkətinin Zorge bağının yanında həyata keçirmək istədiyi pilot layihədən gedir.
Sakinlərin PİA.az-a verdikləri məlumata görə, öz şərtlərini əhaliyə məcburi qaydada diktə edən Qasımov heç kimin gözünün yaşına baxmadan evləri tərk etmələri barədə ultimatum verib.
İlk öncə sakinlərə2 il müddətində yeni mənzillərlə təmin ediləcəkləri barədə söz veilsə də, əksər mənzil sahibləri bunu qəbul etməyib. Çünki bu layihənin iki il müddətində reallaşması sakinlərə heç də inandırıcı görünməyib.
Layihənin iki müddətində reallaşdırılmasının mümkünsüz olduğunu bilən mülk sahibləri etiraz etsələr də, Əsabil Qasımovun emissarları tərəfindən təhdid edilərək evlərini tərk etmələri tələb olunub. Sakinlər Prezident Administrasiyasına müraciət etmək məcburiyyətində qalıblar.
Sakinlərin dediyinə görə, Qasımovun adamları əsasən, birinci vitse-prezidentin adından istifadə edirlər. Bu isə sakinlər tərəfindən anlaşılmazlıqla qarşılanır. Çünki Əsabil Qasımovun adamlarının bu iddiası heç də inandırıcı görünmür.
Xatırladaq ki. bundan əvvəl də Əsabil Qasımovun belə yollara baş vurması müşahidə olunub.
Hazırda sözü gedən ərazidə sakinlərlə Əsabil Qasımovun arasında gərginlik artmaqdadır.
Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq...
MilliYol.Az