Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirirlər
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Şimal-qərb bürosuna verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Belə ki, Zaqatala rayonu Muğanlı kəndi ərazisində sərhəd zolağına baxış keçirilərkən yabanı halda bitmiş ümumi çəkisi 750 kq olan 1320 ədəd çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az