Neftin qiymətinin 60-65 dollar/barel diapazonunda olması neft hasilatına investisiyanın bərpasına maraq üçün kifayətdir
Bunu Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne “Rusiya enerji həftəsi”ndə çıxışı zamanı bildirib.
“İnvestisiya üçün neftin qiymətinin yüksək olması lazım deyil. Çünki qiymətin 60-65 dollar/barel olması investisiyanı təmin etmək üçün normaldır. Düşünürəm ki, 80 dollar ən yüksək hədd deyil, qiymət sürətlə qalxır. 2-3 il öncəki bazarda dalğalanmanı nəzərə alsaq, hər şey mümkündür. Bizim neftin qiyməti ötən il 42 dollar/barel idi, indi isə 82 dollar/barel müşahidə olunur. Bu isə sənaye üçün yaxşı hal deyil. Çünki neftin qiymətinin bu həddi bəzi inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı üçün çətinlik yaradır, bu hal isə tələbə təsir edə bilər”, - “Total”ın rəhbəri qeyd edib.(Report)
MilliYol.Az