Amerika kəşfiyyatı Rusiyanın Kalininqrada gizli şəkildə “İsgəndər-M” raket komplekslərini yerləşdirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, “Röyters”ə danışan ABŞ kəşfiyyatındakı mənbə Rusiyanın yeni müharibəyə hazırlaşa biləcəyi ehtimalından danışıb.
“Rusiya Kalininqrada “İsgəndər-M” raket komplekslərini yerləşdirir. 2014-cü ildə təlimlər üçün bu ərazilərə raketlər gətirilmişdi. Lakin bu dəfə müharibə hazırlığının olması da istisna deyil. Bu, həmçinin, NATO-ya “əzələ nümayişi”dir”, - deyə mənbə bildirib.
Daha əvvəl “The Guardian” nəşri Estoniya mənbələrinə istinadən məlumat yaymışdı ki, “İsgəndər-M” raket-kompleksləri Sankt-Peterburqdan “Ambal” gəmisində daşınır.
Ekspertlər də Rusiyanın bu addımını yeni müharibəyə hazırlıq kimi qiymətləndiriblər.
MilliYol.Az
Digər xəbərlər
loading...