Fransa iyun ayında Paris yaxınlığındakı hücum cəhdi əlaqədar İranın 2 kəşfiyyat rəsmisinin hesablarını dondurub
Fransa hökuməti İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin də hesablarının dondurulduğunu bəyan edib. Daxili, xarici və iqtisadiyyyat nazirliklərinin birgə bəyanatında deyilir ki, ölçülər hökumətin terrorizmlə mübarizə faəliyyətinə əsasən götürülüb.
Bu addım İranı 2015-ci il nüvə sazişində saxlamağa çalışan Fransa və İran arasında diplomatik münasibətləri gərginləşdirib. Planlaşdırılan hücum İran müxalifətinin minlərlə üzvünün toplaşacağı tədbiri hədəf alacaqdı. Fransa iranlı diplomat Əsədullah Əsədi və Səid Haşemi Mogədəmin hesablarını 6 ay müddətinə dondurub. İran hücumda əli olduğunu inkar edir. (Amerikanın səsi)
MilliYol.Az