Ermənistanın Təhlükəsizlik Şurasının katibi təcili olaraq işğal altında olan Qarabağa gəlib
Ermənistan KİV-ləri yazırlar ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın atasının meyiti tut ağacından asılmış vəziyyətdə aşkar edilib.
Məlum olub ki, bu gün Qriqoryan işə gəlməyib. Məlumata görə, onun valideynləri Qarabağda yaşayır.
Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Arek Koçinyan mətbuata verdiyi müsahibədə Armen Qriqoryanın atasının ölməsi və onun atasının dəfnində iştirak etmək məqsədilə Qarabağa gəlməsi barədə məlumatları təsdiqləyib.
Mətbuat katibi intihar barədə məlumatları şərh etməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...