Milli komandamızın sabiq qapıçısı Hüseyn Məhəmmədov gözlənilməz addım atıb.
Aut.az-ın əldə etdiyi məlumata görə, 42 yaşlı veteran futbolçu peşəkar karyerasını bərpa etmək qərarına gəlib. Məhəmmədov bundan sonra I divizion təmsilçisi "Qaradağ Lökbatan"da çıxış edəcək. O, sabah aşağı liqanın VI turu çərçivəsində baş tutacaq "Şahdağ" - "Qaradağ Lökbatan" matçının start heyətində yer alacaq.
Qolkiperin adı artıq klubun sifariş ərizəsinə salınıb. Məhəmmədov I divizion klubunda qapıçılar üçün ənənəvi olmayan 4 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Hüseyn Məhəmmədov karyerası ərzində "Turan", "Kəpəz", "Şəmkir", "Neftçi", "Olimpik" (indiki AZAL), "Karvan", "Standard" və İranın "Maşınsazi" klublarında oynayıb, Azərbaycan millisində 12 oyun keçirib. 42 yaşlı qolkiper "Turan", "Kəpəz", "Şəmkir" və "Neftçi" ilə 7 dəfə ölkə çempionluğunu, 4 dəfə Azərbaycan Kubokunu qazanıb
MilliYol.Az
Digər xəbərlər
loading...