“Yaz sessiyasında Milli Məclisin İnsan hüquqları komitəsindən 506 məktub aidiyyatı qurumlara göndərilib. Biz sənədlərin bir çoxunu aidiyyatı üzrə baxılması üçün təşkilatlara göndəririk. Həmin sənədlərə baxılır və vətəndaşlara məlumat verilir. Hansı sənəd üçün yazılı cavab istəyiriksə, onu da alırıq”
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bahar Muradova deyib.
O, Milli Məclisin göndərdiyi sənədlərə baxılmaması ilə bağlı iddialara da münasibət bildirib: “Deyirlər, guya Milli Məclisdən göndərilən sənədlər cavablandırılmır. Qətiyyən belə deyil. Biz hansı sənədə cavab istəyiriksə, ona uyğun da cavablar alırıq. Məsələn, göndərdiyimiz 506 məktubdan 93-ü nəzarətə götürülüb. Onların da 81-nə yazılı cavab alınıb. Bütün bu məsələlər müsbət həll olunur. Ümumilikdə isə 506 sənəddən 270-nə baxılıb”.(report)
MilliYol.Az